Soft əvəzi online köməkçi saytlar http://www.infocity.az/index.php?option=com_content&task=view&id=1550&Itemid=1
Pulsuz icon axtarış sistemi: http://find…
Browserlər və İE6
Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da.
Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm)
Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq:
1. İE – 51.04% 2. Opera – 31.19% 3. Firefox – 19.15 %.
Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib – 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. )
Oktyabr 2009.
Noyabr 2009.
Dekabr 2009.
Yanvar 2009.
Internet Explorer 6-nın sayta daxil olmalarda olan pay faizi son 3 ayda 21.50%-dən 18.24%-ə düşüb. Düşmə sürəti aşağı olsa da, hər halda sevindiricidir. Amma bu sürətlə yalnız təqribən 15-16 aya İE6-nın pay faizi 1-2% civarına enəcək.
PHP-də istifadəçini müvəqqəti blok etmə
PHP-də yazdığım istifadəçini müvəqqəti blok etmə skriptini paylaşıram. Ümumən blok etmə veb server səviyyəsində həll olunası işdir, amma burada söhbət istifadəçini müvəqqəti blok etməkdən (soft block 🙂 ) gedir.
Veb səhifənin üst hissəsinə paste edin:
session_start();
$cehd_sayi_limiti=60; // 1 deqiqe
$blok_muddeti=120; // 2 deqiqe
$carivaxt=time();
if (!isset($_SESSION["yoxlama_vaxti_ses"]))
{
$_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt;
$_SESSION["yoxlama_say"]=0;
}
$_SESSION["yoxlama_say"]=$_SESSION["yoxlama_say"]+1;
if ($_SESSION["yoxlama_say"]>=$cehd_sayi_limiti)
{
if (($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])<=$blok_muddeti and ($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])!=0)
{
echo 'Siz qısa zaman ərzində normadan çox sorğu göndərdiniz, sayt sizin üçün yalnız '.$blok_muddeti.' saniyədən sonra aktivləşəcəkdir.'; die();
}
else
{
$_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt;
$_SESSION["yoxlama_say"]=0;
}
}
PHP ve ASP.NET kodları arasında maraqlı müqayisələr
PHP ve ASP.NET kodları arasında maraqlı müqayisələr, funksiyaların yazılış fərqləri, prosedurlar, dəyişən təsvirləri və.s. Keçid