/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Author: E-Haci

  • Böyük ədədlər, kiçik insanlar və risklər

    Böyük ədədlər, kiçik insanlar və risklər

    Bu bloq yazımda vahid bir mövzu yoxdur, bu konsepti ilk dəfədir sınayıram, ola bilər ki, gələcəkdə də bu tip zəncirvari mövzulu yazılar yazım.
     

    Ehtimal azdır, mənə heç nə olmaz. 

    Hər bir insan üçün onun qarşılaşacağı fərdi risklər və pis sonluğun baş vermə ehtimalları önəm daşıyır, bəlli məsələdir.
    Məsələn bir göl yaxınına gedib çimmək istədikdə bizə desələr ki, burada son bir ildə çimən 100 nəfərin 50-si boğulub, bu 1/2 ehtimallı yüksək risk daşıyır və ifrat macərapərəstlər xaric hər birimiz bu riski qiymətləndirərək orada çimməkdən vaz keçmiş oluruq. 
    Amma məsələn bu 56 insan da bilirdi ki, hər il bayramda milyonlarla insan şəhərdən çıxıb öz yurduna gedir deyə nəqliyyatda böyük yüklənmə olur, qəzaların sayı dəfələrlə artır və ölü sayı da çoxalır.
  • Musiqi, yoxsa audiokitab, yoxsa podcast?

    Musiqi, yoxsa audiokitab, yoxsa podcast?

    Bu yaxınlarda bir tanışın tvitində smartfonlar barədə danışarkən “smartfonda musiqi, audiokitab, podcast dinləmədən necə yaşamaq olar?” tipli yarı-zarafat tvitini görmüşdüm.

    Bu mənə çoxdandır yazmaq istədiyim bir mövzunu xatırlatdı, elə ona görə də bir az bu barədə danışım, ümid edirəm ki, faydalı olar.

    İlk öncə “smartfon və qulaqcıq istifadə etməklə insanlar … dinləyirlər?” suallarına cavab verək. davamı…

  • Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları

    Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları

    Yazım qeyri-bədii kitabların seçim və oxunması prosesi haqqındadır.

    Daha dəqiqi, hansı kitabları oxumaq, hansı kitabları oxumamamaq lazım olduğu haqqında.
    Bir nisbi təcrübəli oxucu olaraq.

    Son 10 illik kitab seçimim, ələkdən keçirmə proseslərinin təkamülünün nəticəsi haqda uzun uzadı danışmaq olar.

    Məsələn, kitabın adı, müəllifin bioqrafiyası, kitabın kiçik təsvirdəki iddiası və.s. ilkin informasiyalardan yola çıxaraq “bunu oxumağa dəyərmi” nəticəsi çıxarmaq.

    Bu gün bu mövzuda ən vacib məqamlardan biri haqqında – müəllifin şəxsi fəaliyyəti və kitabın mövzusuna baxaraq keyfiyyət haqqında qərar vermək – haqqında qısaca yazıram.

    Bu günlərdə çox hörmət bəslədiyim müəllif N.N.Taleb-in “Skin in the game” kitabını oxuyurdum. Məhz bu kitabı oxuyarkən yadıma kitab seçimi mövzusu da düşdü deyə bu barədə bloq yazısı yazmağa qərar verdim. davamı…

  • IT şirkətlər: Konspirasiya və həqiqətlər

    IT şirkətlər: Konspirasiya və həqiqətlər

    Qlobal səviyyədə xidmət göstərən, satış edən IT şirkətlər hər kəsin həyatına digər sferalardakı şirkətlərdən daha çox daxil olub desək, fikrimcə yanılmarıq.

    Gündəlik həyatımızı Google, Facebook, Apple, Amazon, Microsoft kimi şirkətlərdən ən azı ikisi olmadan təsəvvür etmək yəqin ki, mümkün deyil.

    Yeri gəlmişkən qeyd edim ki, Microsoftu çıxmaq şərtilə artıq ilk 4-lüyü artıq “Big four” adlandırırlar və onların birgə dünyada ən böyük qüvvəyə (həm də şər qüvvəyə) çevrildiyini iddia edirlər.

    Yazının əsas məğzinə gələk: Bu şirkətlər həyatımıza bu qədər ifrat formada daxil olduğuna görə onlar haqqında müzakirələr, azarkeşliklər, şayiələr, konspirasiyalar da geniş yayılmışdır, bu təbii sosial təzahürdür. davamı…

  • İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları

    İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları

    Mövzu barədə əslində toplanıb qalan fikirlərim çoxdur, sadəcə bəzi əsas məqamlara toxunum, ola bilsin gerisini də yazının ikinci seriyası olaraq yazacam.

    Giriş və qısa icmal

    Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq.

    Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir.

    Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz.

    Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz .
    Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, “facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et”, sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s.

    Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur – yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim.

    Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda.
    davamı…

  • “Da”, “də” ayrı, yoxsa bitişik

    “Da”, “də” ayrı, yoxsa bitişik

    Məlumdur ki, “da,də”-ni bitişik, yoxsa ayrı yazmağı internet istifadəçilərimizin(gənclərin də deyə bilərik) azı 70%-i bacarmır, bəlkə də daha çoxu.

    Bir-bir oturub izah etmək ki, bu cümlədə bitişikdir, bu cümlədə ayrıdır – çətin məsələdir.
    Yaxud ədat buna deyilir, şəkilçi ona, bağlayıcı buna – bu da çətindir. Öyrənsəydilər, məktəbdə öyrənərdilər.

    Birdəfəlik öyrənə bilmələri üçün kiçik bir “hack” lazımdır. davamı…

  • Zamana uyğunlaşdırılan bölmələr – WordPress üçün sadə kod həlli

    Zamana uyğunlaşdırılan bölmələr – WordPress üçün sadə kod həlli

    Website Development prosesində qarşımıza zamana bağlı dinamik dəyişən sahələr çıxması normaldır. Yəqin ki, hər birimiz bununla zaman-zaman qarşılaşırıq. WordPress Plugin və ya theme develop edərkən bu tipli problemləri sadə yolla da həll etmək olar.
    3 nümunə ilə əsas ehtiyaclara uyğun sadə həlləri təsvir etməyə çalışacam. (Nümunələr sadə olduğu üçün parametrləri administrativ sahəyə keçirmək haqqında nəsə yoxdur, sadəcə birbaşa işi görən kodlar var)

    1. Gecə-gündüz bannerləri dəyişmək – İstifadəçilər gecə daxil olarkən hansısa verilmiş ərazidə bir banner, səhər isə başqa banner görə bilərlər.
    2. Həftəsonu bölməsi – Hansı ki adi vaxtda verilmiş ərazidə normal bir bölmə olduğu halda, həftəsonu orada həftəsonuna özəl bir bölmə peyda ola bilər. Birinci gün başlayan kimi də itər.
    3. Qeyd edilən tarix intervalında peyda olan bölmə. Məsələn mağaza veb saytı develop edirik, mağazada ayın 27-28-i kampaniya var. Deməli biz öncədən kodu elə schedule edə bilərik ki, kampaniya haqqında bölmə verilmiş tarixdə özü-özünə peyda olsun və sonra da lazımi vaxt bitəndə itsin. Yəni bunun üçün həmin vaxt aralıqlarında saytın kod hissəsində zamana bağlı editlər etməyə gərək olmur.

    Beləliklə, nümunə 1 – gecə-gündüz banner əvəzetməsi nümunəsi:
    davamı…

  • Real nümunələrdə A/B testinq

    Real nümunələrdə A/B testinq

    Qeyd: Yazı “Milli Marketinq Forumu – 2016” tədbirinin “Digital Marketinq” panelindəki çıxışımın qısaldılmış təxmini mətnidir.

    A/B testinq realizasiya baxımından texniki proses olsa da, marketinq araşdırmaları qrupuna daxil olan bir metoddur. Və digital marketinqdə çox geniş istifadə edilir.
    Təbii ki, mövzunun texniki yox,  real praktik və faydalılıq tərəflərindən, gəlirlərə nə dərəcədə təsir edə biləcəyindən  bir qədər danışacam.

    davamı…

  • Əziz Nesin – EHİSTAŞ

    Əziz Nesin – EHİSTAŞ

    Boş piştaxta ilə bazara çıxan İT şirkətlərimizə həsr olunur 🙂

    Qeyd 1: Bu hekayənin Azərbaycan dilində versiyasını sovet vaxtının köhnə bir kitabından oxumuşdum. O kitabı tapmaq imkanı olmadığı üçün hekayəni orijinaldan Azərbaycan dilinə özüm yenidən uyğunlaşdırmışam.

    Qeyd 2: Kursiv ilə qeyd olunan terminlər tərcümə edilməyib. 

    Hekayə

    Əziz Nesin – EHİSTAŞ (Aziz Nesin – YEPETAŞ) davamı…

  • İnternet üzərindən xarici bazara çıxış imkanları

    İnternet üzərindən xarici bazara çıxış imkanları

    Giriş – Ölkə xaricindən gəlir əldə etmək.

    Dolların yerli valyuta önündə daha çox dəyər qazandığı bu günlərdə hər bir peşə sahibi üçün yəqin ki, dollar ilə gəlirinin olması perspektivi maraqlı olar. Yaxşı, bunun üçün hazırda hansı imkanlar və maneələr var? Hansı peşə yiyələri, hansı bacarıq sahibləri üçün bu imkan daha çoxdur?  Yəni nəzərdə tutduğumuz mövzu şirkət-istehsal-ixrac prosesi haqqında yox, tək fərdi şəxsin əməyinin nəticəsini ixrac edib pul qazanmaq imkanları mövzusudur. Bu haqda bir qədər danışacağam. Yazının məqsədi bu məsələdə ümumi imkanlara və problemlərə işıq salmaqdır. davamı…