Süni intellektin (AI, Artifical Intelligence) sadə mətnlərdən istifadə edərək necə şəkillər yaratdığını yəqin ki, son zamanlar tez-tez görürük, istifadə edirik. Ən populyar vasitə də hazırda Midjourney-dir. Başqaları da var, məsələn Dreambox, Adobe Firefly və.s.
Təsvir (termin olaraq Prompt istifadə edilir) yazırıq və bu təsvirdəki açar sözlər əsasında şəkil yaradılır. Bu qədər bəsitdir – məsələn istəyirik Azərbaycan rayonlarımıza xas görüntüdə bir meşə və dağ çayı görüntüsü alaq. “yaşıl meşə və axar çay” deyirik və bu şəkil yaranır:
Elm elm olalı (Elmi İnqilabdan sonrakı dövr – buna sonda qayıdacam) inqilablarla yox, kiçik addımlarla irəliləyir. Bizə inqilab kimi təqdim edilən parlaq kəşflər, ixtiralar isə əslində “checkpoint” nöqtələridir, yəni biz qolu qapıya vuran adamı yadımızda saxlayırıq, yüksəldirik, qola qədər verilən pasları çox vaxt görməzdən gəlirik.
Ona görə də çox adam hesab edir ki,
– Eynşteyn dayanacaqda durub, keçən qatara baxarkən və nisbilik nəzəriyyəsini kəşf edib. – Mendeleyev yuxuda Elementlərin Dövri Cədvəlini görüb səhər oyanıb və dəftərə köçürüb. – Darvin təkamül nəzəriyyəsini bir səyahət nəticəsindən sıfırdan irəli sürüb və tanıdıb.
N.Taleb-in Qara Qu (Black Swan) kitabında maraqlı və ətraf mühitimizi anlamaqda, düzgün qərarlar verməkdə kömək ola biləcək bir konsepsiya var – o kitabı oxumayanlar üçün də bu iki anlayış ayrıca anlaşıla bilər deyə, kiçik bir yazı şəklində təsvir etməyə çalışacam.
Deməli, Taleb zaman-zaman müşahidələr aparıb və nəticəyə gəlib ki, bizi əhatə edən davranış modellərini şərti olaraq iki alt-dünyaya bölmək olar: Mediocristan və Extremistan – təxmini tərcümə etsək, Ortastan və Kənarstan.
Ortastan – komfortlu, riskin az olduğu, təxmin edilə bilən dünya.
Kənarstan – təxmin edilə bilməyən, təlatümlü, yüksək riskli dünya.
Həyatda hər gün qərarlar verməli oluruq, ciddi və ya az əhəmiyyətli, fərq etməz. Hər verilən qərar isə özündə müəyyən qədər risk daşıyır.
Məşhur milli frazamızı yəqin bilməyən yoxdur – müsəlmanın sonrakı ağlı.
Bu elə bir ağıldır ki, hər çətin situasiyada hər zaman hər şeyin ən doğrusunu tapır, amma bircə qüsur var – bu doğru variant hadisə baş verəndən sonra gəlir ağlımıza. Heç bir faydası olmur və bunu sonrakı ağlımız adlandırırıq.
Sonrakı ağlı indiki ağıla çevirmək doğurdanmı çətindir? Əlbəttə. Sonradan düşünəndə hadisənin sonunu bilirsən deyə ona uyğun düşünürsən və hər şey daha sadə görünür. Və yaxud hadisədən sonra xeyli saat və ya gün keçir və sən bu müddətdə xeyli düşünürsən və daha yaxşı variantlar ağlına gəlir, hansılar ki, qərar vermək üçün cəmi bir neçə saniyə vaxtın olduğuna görə lazım olan anda ağlına gəlməsi çox çətin idi.
İnsan adətən qeyri-müəyyənliyi sevmir. İş prinsipini anlamadığı mexanizmlərin ya iş prinsipini anlamağa çalışır, ya da sadə qanunauyğunluq tapıb qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır. Bu qanunauyğunluq uydurma olsa belə, insan özünü rahatca təsəlli edib nəticəyə qane olur. Yetər ki, qeyri-müəyyənlik yox olsun.
Ta qədimdən bəri təbiət hadisələrinə qarşı uydurulan inanclar məhz bu məqsədlə olub. “Bir izahı varsa, bu heç izah olmamasından yaxşıdır” – məntiqi ilə.
Konspirasiyaların mütləq əksəri, səfsətələr və.s. bir çox şeylərin təməlində də məhz bu problem yatır. Təkamül zamanı sağqalma nöqteyi nəzərindən bu tip inanclar pozitiv rol oynayıb deyə bunlar bizdə var, yoxsa çoxdan ələnib getmişdi. Bəlli ki, təbiət və ətrafla savaş halında yaşayan qədim insan üçün sadə qanunauyğunluqlar özünüqoruma baxımdan faydalı olub. (məsələn qaranlıqda öz-özünə vahimələnin sənə hücum olacağından çəkinmən – sağqalma nöqteyi nəzərindən faydalıdır. Qaranlıqdan qorxub qaranlıq yerlərə çox getməmək insanı müəyyən real təhlükələrlə qarşılaşma ehtimalını azaldır)
Birdən-birə sıçrayırıq bugünümüzə. Bugünlərdə ABŞ-da baş verən etiraz aksiyalarının səbəbi bildiyiniz kimi, qara dərili vətəndaşın polis tərəfindən öldürülməsi oldu.
Və dərhal internetdə belə şəkil(lər) peyda oldu (bəziləri zarafat üçün və ya veb saytına əlavə trafik qazanmaq üçün hər zaman belə şeylər uydurur )
“Simpsonlarda sən demə bu epizod neçə illər öncədən varmış, demək hər şey plan üzrə gedir, gizli qüvvələr hər şeyi əvvəlcədən planlaşdırıb” – bu tip fikirə inanmaq üçün rasionallıqdan nə qədər uzaq olmaq lazımdır, təsəvvür belə etmək çətindir.
Amma minlərlə insan (heç də hamısı “çox savadsız” kəsimə aid edilməyəcək dərəcədə geniş kütlə) buna inanır və sosial şəbəkələrdə paylaşır.
Niyə? Təməlində nə yatır? ABŞ nifrəti? Xeyr. Qanunauyğunluq olmasına inanmaq istəyi? Bəli.
İnsan bu dünyada bir nizamın, kontrolun olmasını içdən arzu edir – nəinki xaos ilə hər şeyin mürəkkəb və idarəolunmaz təsadüflər nəticəsində ortaya çıxmasını.
“Masonlar bunu 100 il əvvəldən planlayıb” tipli cəfəngiyyata inanan şəxs masonlara nifrət etdiyini düşünsə də, içində rahatlıq tapır ki, hər şeyi idarə edən biriləri var və deməli hər şey idarəedilə biləndir.