Qısa bir həlli paylaşmaq istəyirəm. Php-Mysql-Apache qurduqdan sonra bəzi konfiqurasiyalı serverlərdə .htaccess faylının iqnor olunması problemi meydana çıxır. Yəni, məsələn WordPress-də sayt qururuq, Permalinks-dən URL-i friendly edirik(məsələn site.com?p=12-ni əvəz edirik site.com/salam strukturu ilə) və saytdakı linklər avtomatik dəyişir. Amma linklərə keçid etdikdə 404 xətası verir, belə bir ünvanın olmadığını deyir. Həll üsulunu aşağıdakıdır: (nümunə Linux-da qurulmuş standart Apache server üzərində verilir).
Terminalı açıb yazırıq: (Əgər serverə kənardan bağlanırıqsa, o halda SSH bağlantı pəncərəsini açırıq, məsələn Putty proqramı ilə)
sudo gedit /etc/apache2/sites-available/default (1. defaultun yerində başqa ad da ola bilər, apache-də yaradılan saytın adından asılıdır. 2. SSH qoşulmada gedit əvəzinə vi və ya nano yazmalı)
Açılan editorda
<Directory /var/www/>
Options Indexes FollowSymLinks MultiViews
AllowOverride None
Order allow,deny
allow from all
</Directory>
blokunda AllowOverride None yazılıbsa, onu AllowOverride All ilə əvəz edirik. Səhifəni yadda saxlayırıq. Daha sonra terminalda yazırıq:
sudo a2enmod rewrite
sudo /etc/init.d/apache2 restart
Vəssalam, problem həll olmalıdır.