Bugün Azərbaycanda hamımısın bildiyi iki sahə haqqında bir müşahidəmi yazacam – o sahələrdə ki, çoxsaylı kiçik və orta bizneslər azad rəqabət aparır:
taksi və poçt daşıma xidmətləri.
Azad bazar şəklində fəaliyyət göstərən taksi şirkətləri biznesində vəziyyət yəqin hamıya məlumdur. İnanılmaz dərəcədə düşən qiymətlər, artan taksi şirkətləri.
narazı qalan taksistlər və.s.
Bu reallığa ən çox təəccübləndiyim reaksiya bu tip reaksiyalardır: “azad rəqabət belə olmamalıdır, bizimkilər bunun da zayını çıxardılar və.s.”
Azad bazar, rəqabət elə budur da. Qəddar və uyğunlaşabilənlərin sağ qaldığı, qalanların isə məhv olduğu bir təkamül prosesi.
(Yeri gəlmişkən, təkamül nəzəriyyəsi haqqında işlədilən güclülər sağ qalma məsələsi doğurdan da yanlışdır, güclü əvəzinə uyğunlaşabilən işlədilməlidir.
Təkamül prosesində uyğunlaşa bilməyən güclü rahatca məhv ola, uyğunlaşa bilən bir az zəif isə rahatca sağ qala bilir)