Website Development prosesində qarşımıza zamana bağlı dinamik dəyişən sahələr çıxması normaldır. Yəqin ki, hər birimiz bununla zaman-zaman qarşılaşırıq. WordPress Plugin və ya theme develop edərkən bu tipli problemləri sadə yolla da həll etmək olar. 3 nümunə ilə əsas ehtiyaclara uyğun sadə həlləri təsvir etməyə çalışacam. (Nümunələr sadə olduğu üçün parametrləri administrativ sahəyə keçirmək haqqında nəsə yoxdur, sadəcə birbaşa işi görən kodlar var) 1. Gecə-gündüz bannerləri dəyişmək - İstifadəçilər gecə daxil olarkən hansısa verilmiş ərazidə bir banner, səhər isə başqa banner görə bilərlər. 2. Həftəsonu bölməsi - Hansı ki adi vaxtda verilmiş ərazidə normal bir bölmə olduğu halda, həftəsonu orada həftəsonuna özəl bir bölmə peyda ola bilər. Birinci gün başlayan kimi də itər. 3. Qeyd edilən tarix intervalında peyda olan bölmə. Məsələn mağaza veb saytı develop edirik, mağazada ayın 27-28-i kampaniya var. Deməli biz öncədən kodu elə schedule edə bilərik ki, kampaniya haqqında bölmə verilmiş tarixdə özü-özünə peyda olsun və sonra da lazımi vaxt bitəndə itsin. Yəni bunun üçün həmin vaxt aralıqlarında saytın kod hissəsində zamana bağlı editlər etməyə gərək olmur. Beləliklə, nümunə 1 - gecə-gündüz banner əvəzetməsi nümunəsi: Continue reading →
Məlum məsələdir ki, bir çox hallarda veb sayt tərtibatçısı veb saytı ilk öncə lokal host-da (kompüter daxilində yaradılan daxili server hostu) tərtib edir hazırlayır, hər şey bitəndən sonra saytın əsas serverə daşınmasını həyata keçirir. Bu ardıclııq WordPress veb saytlar üçün də keçərlidir. O halda köç zamanı hansı dəyişikliklər lazım olur? Məlum məsələdir ki, veb saytda lokal hosta özəl bütün konfiqurasiya parametrləri real serverə aid parametrlər ilə əvəz edilməlidir. Bu işi görən pluginlər də var(açar söz: migrate), eyni zamanda verilənlər bazasında müvafiq dəyişikliklər etməklə bunu fərdi qaydada da etmək olur.  Fərdi qaydada veb saytı lokal hostdan real serverə daşıyarkən aşağıdakı ardıcıllıqla əməliyyatlar edilməlidir. Faylları ftp və ya digər vasitə ilə köçürmək. Verilənlər bazasını ixrac-idxal əməliyyatı ilə serverə köçürmək. Verilənlər bazası parametrlərini wp-config.php faylında dəyişmək. Veb saytın əsas ünvanını verilənlər bazasının wp_options mysql cədvəlində 2 yerdə dəyişmək. wp_posts cədvəlində post content, post guid və.s. kimi sütunları kütləvi redaktə etmək.(vacib olmayan addımdır) İndi paylaşacağım çox kiçik bir texnika ilə yuxarıdakı 5 addımdan 4-nü ləğv etmək olar. Continue reading →
Bəzi hostinq və ya fərdi serverlərdə faylın mənsub olduğu istifadəçi ilə veb server istifadəçisinin fərqli olması və yaxud da sadəcə fayl icazəsinin məhdud olması səbəbindən WordPress sistem yenilənməsi avtomatik baş verə bilmir. Belə hallarda fərdi qaydada yeniləmə etmək əslində çox sadə metodla mümkündür. WordPress yenilənmə zamanı istifadəçiyə aid ərazidə heç bir dəyişiklik baş vermir, dəyişiklik yalnız nüvədə və idarəetmə fayllarında baş verir. Continue reading →
Bəzi veb saytlarda fayl sistem aylarla sabit qalır, dəyişikliklərə gərək olmur, bütün olub bitənlər verilənlər bazasında baş verir. Belə veb saytlarda verilənlər bazasının müntəzəm nüsxəsini almaq daha prioritet məsələ olur, nəinki bütün fayl sistem. Təbii ki, həm fayl sistemi, həm verilənlər bazası, həm də server parametr fayllarının backup nüsxəsini almaq ümumən zəruridir və bunlar üçün necə lazımdır həllər mövcuddur.  Bu yazıda məqsəd sadəcə verilənlər bazası üçün çevik, asan, əlavə proqram, modul qoşmadan asan nüsxəçıxarma həlli yazmaqdır. 1-ci funksiyamız verilənlər bazasının backup nüsxəsini alacaq. 2-ci funksiyamız bu nüsxəni kənar bir serverimizə göndərəcək(zira backup nüsxəni sayt ilə eyni serverdə saxlamaq risk daşıyır və mahiyyətə ziddir). 3-cü funksiyamız isə bu prosesi avtomatlaşdıracaq. Continue reading →
Cache texnologiyası haqda məlumatı olmayanlar üçün qısaca sadə izah: Cache(keş) texnologiyasının məqsədi serverin informasiya emal etməsi zamanı təkrar emalların qarşısını almaq və bunun hesabına serverin dayanıqlığını, performansını artırmaq, yüklənməsini azaltmaqdır. Shared hostinqlər üçün(Saytın hostinqi Godaddy, Hostgator və.s. digər hostinq şirkətlərindən alındıqda) 1. WordPress Total Cache - Çox populyar qoşma. WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll. 2. WordPress Super Cache - Bu sahədə ən populyar qoşma.  WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll. 3. WordPress Hyper Cache - İlk iki qoşma qədər populyar olmasa da struktur baxımından asan və performans baxımından onlar ilə eyni qoşma. Əsasən proqramçılar üçün məsləhətdir, çünki kodu kiçik olduğundan anlaşılan və asan modifikasiya oluna biləndir. Mənfi cəhəti isə ilk iki qoşma qədər təkmilləşmiş konfiqurasiyası olmamasıdır. Ayrılmış fiziki və ya virtual serverlər üçün WordPress Predis - Predis for WordPress(Predis = PHP API solution of Redis cache server) İlk bənddəki 3 və onlar tipində olan 10-larla digər qoşmalar "üst səviyyədə" backend həllərdir, cache prosesi WordPress sistemi daxilində baş verir. İkinci bənddəki həll (və digərləri, məsələn Apache Traffic Server) isə serverin əməliyyat sistemində qurulu olan proqram səviyyəsində baş verir. Və sözsüz ki ikinci tip həllər birinci tipli həllərdən dəfələrlə yüksək performans nümayiş etdirə bilir və daha effektivdir. Birinci tip həllərin üstünlüyü o sayıla bilər ki, CMS-in strukturuna spesifik istisnalar daha asan reallaşdırıla bilir. Sonda maraq üçün wp-predis həllinin müəllifinin apardığı performans testinin nəticəsini paylaşım: Continue reading →