Yeni kompüterimdə Ubuntu quraşdırandan sonra system monitor-da gördüm ki, RAM 2.3 GB göstərir, halbuki kompüterin RAM-ı 4 GB-dır. İnternetdə araşdırma aparıb səbəbi tapdım. 32 bitlik sistemi RAM-ı yüksək olan kompüterlərə yazdıqda bu məhdudiyyət mütləq olur. 2 həll yolu var. 1-cisi 32bitliyi pozub 64bitlik yazmaqdır. Bu isə artıq formalaşmış sistem üçün əlverişli deyil, hər şeyə yenidən başlamaq xeyli vaxt alar. 2-ci həll yolu isə Physical Address Extension (PAE) adlanan köməkçi vasitənin quraşdırılmasıdır. Bu çox asan və effektiv həlldir. Terminalı açırıq və yazırıq.
free -m
Bu halda ilk sətirdə Mem: 2321 tipli yazı çıxacaq. RAM məsələn 4 GB-dırsa, burda 2321 MB göstərirsə, deməli mövzuda adıçəkilən məhdudiyyət mövcuddur. Davam edirik terminalda:
sudo apt-get install linux-generic-pae linux-headers-generic-pae
Təxminən 35-40 MB-lıq yükləmə tamamlandıqdan sonra kompüteri reboot(digər adı ilə restart) edirik.
Kompüter açıldıqdan sonra terminalda yenə də yoxlayırıq:
free -m
Bu dəfə isə çıxan nəticə sevindirici olacaq: Mem: 3687
Köməyə çatan mənbə
Mende de bele problem var, amma 3gb gorsedir, ona gore hec cehd etmemisem ki onu fix edim. Indi test ederem)
Bu OS hemishe meni oz chevikliyi ile teecublendirir 🙂
Hə Biotin, həqiqətən elədir, işlətdikcə gözəllikləri üzə çıxır :).
Mecid, test elə, yalnız yazdıqlarımdan ibarət zərərsiz bir şeydir, heç bir əlavə prosedur da yoxdur 🙂