Chrome qoşmaları

Google Chrome brauzerində istifadə etdiyim, sınaqdan keçmiş əsas extensionları(əlavələr,qoşmalar) məsləhət görərək paylaşmaq istəyirəm. Təcrübəli developerlər yəqin ki bunların hər biri ilə tanışdır, amma tanış olmayanlar da var təbii ki. Keçidləri qoymağa gərək duymadım, sadəcə rəsmi sayta daxil olub axtarış yerində dəqiq adı yazmaq kifayətdir: https://chrome.google.com/extensions

1. Chromed Bird – Twitter axınını izləmək və paylaşımlar etmək üçün geniş imkanlı qoşma.
cb

2.  Google Mail Checker – Gmaildə gələn məktublardan vaxtında xəbər tutmaq üçün. (Daim Google Talk istifadə edənlər üçün buna elə də ehtiyac yoxdur.)
mc

 

3.  goo.gl URL shortener – Hər hansı sayta daxil olmadan uzun internet ünvanlarını yerindəcə qısaltmaq üçün. (hətta səhifədəki linkə sadəcə sağ klik etməklə)
gs

 

4.  Webpage screenshot – Səhifədəki görüntünü yaddaşa vermək və yerindəcə redaktə etmək üçün.
vs

 

5. Chrome SEO – Saytlar haqqında ilkin SEO məlumatlarını təqdim edir(Alexa reytinq, Google page rank, Google indexed pages və.s.)
gse

 

6. Firebug Lite – Firefox firebug-unu tam əvəz etməsə də, çox genişimkanl developer aləti, səhifənin kod hissəsini hərtərəfli analiz etməyə imkan verir.
fb

 

7. Rulers, Guides, Eye Dropper and Color Picker – Səhifəyə şəkil redaktorlarına məxsus bir neçə faydalı alətlər gətirə bilir.(xətkeş, damalar, rəngin aşkarı və.s.)
rl

Phototag WordPress Plugini

phototag
İlk WP pluginim olan HEXAM plugini bir qoşqu proqram kimi özünü doğrultması(müxtəlif ölkələrdən xeyli sayda developerdən təşəkkür və yeni update üçün təkliflər aldım)  növbəti pluginləri reallaşdırmağa stimul verdi. Növbəti plugin üçün ideyalar çox olsa da ilk olaraq şəkildə obyekti tag etmək üçün vasitə olan bir plugin yazmaq qərarına gəldim(Facebook şəkillərindəki tag sisteminin oxşar variantı). Əvvəlcə mövcud pluginləri araşdırdım və bir neçə oxşar işləri görən pluginlərlə rastlaşsam da o pluginlərin yeni versiyaları dəstəkləmədiyini, qaneedici olmadıqlarını görüb bu plugini reallaşdırmağa başladım. 3 gün öncə vaxt imkanı tapıb işə başladım və dünən bitirdim.  Artıq bu gün plugini WordPress.org-a göndərdim və dərhal qəbul edildi. Plugin artıq rəsmi WordPress saytındadır, buyurub yükləyə bilərsiniz: Yükləmə ünvanı.

Keçək pluginin mahiyyətinə.  Əvvəlcə bir screenshot paylaşaq:

Şəkildən yəqin ki, mahiyyət müəyyən qədər aydın oldu. Aşağıdakı şəkildə isə admin paneldə tag-lama prosesinin qısa təsviri verilib:

İndi isə proses haqda. Plugini adi qaydada install etdikdən sonra Dashboard-da TAG NEW PHOTO seçimi menyuda peyda olur.

Fərz edək Bloqa yeni yazı daxil edirik və yazıda bir neçə şəxsin olduğu şəkil var. Şəklin url-ni Yeni TAG NEW PHOTO bölməsində daxil edirik, şəklin bloqdakı enini təyin edib tag prosesinə başlayırıq. Tag prosesi bu yuxarıdakı şəkildəki kimi – obyekt üzərində diaqonal şəkilli iki klik etməklə olur.  Tag-lamanı bitirdikdən sonra GET CODE düyməsinə sıxırıq və nəticədə bizə generate olunmuş html kod verilir. Bu kodu kopyalayıb hər hansı bloq yazısında paste edirik. Vəssalam.

Plugin bu gün əlavə olunduğundan hər hansı bug-ların olması istisna deyil və onlar üzə çıxdıqca bir neçə cəhdə aradan qaldırılacaq.

Google images-əvvəlki versiyaya keçid

Google images-in yeni versiyasının bir çox istifadəçilər üçün əlverişsiz olması artıq məlum məsələdir. İnternet sürəti aşağı olan istifadəçilər üçünsə ümumiyyətlə istifadə mümkünsüzləşib. Google images-də ilk axtarışdan sonra footerdə köhnə versiyaya keçid yaranır, amma footerin peyda olmasını gözləmək xeyli vaxt tələb edir, üstəgəl zəif sürətdə ümumiyyətlə o linki görməyə ümid etməyə dəyməz. Ona görə də köhnə versiyaya keçid linkindəki GET dəyişənləri araşdırmaq qərarına gəldim və əsas səbəbkar dəyişəni tapdım:
&sout=1
Bunu bir yerə kopyalayırıq qalır, daha sonra images-də hər hansı axtarış verən kimi ilk nəticə səhifəsində loadingi stop edirik, url-in sonuna &sout=1 əlavə edirik, vəssalam. Seansın sonunanək köhnə versiyada istədiyimiz qədər axtarış edə bilərik.
P.S. Ümid edək ki tezliklə Google bizləri düşünüb özü daha effektiv həll yolunu düşünəcək və bu metoda ehtiyac qalamayacaq.