Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları

Yazım qeyri-bədii kitabların seçim və oxunması prosesi haqqındadır.

Daha dəqiqi, hansı kitabları oxumaq, hansı kitabları oxumamamaq lazım olduğu haqqında.
Bir nisbi təcrübəli oxucu olaraq.

Son 10 illik kitab seçimim, ələkdən keçirmə proseslərinin təkamülünün nəticəsi haqda uzun uzadı danışmaq olar.

Məsələn, kitabın adı, müəllifin bioqrafiyası, kitabın kiçik təsvirdəki iddiası və.s. ilkin informasiyalardan yola çıxaraq “bunu oxumağa dəyərmi” nəticəsi çıxarmaq.

Bu gün bu mövzuda ən vacib məqamlardan biri haqqında – müəllifin şəxsi fəaliyyəti və kitabın mövzusuna baxaraq keyfiyyət haqqında qərar vermək – haqqında qısaca yazıram.

Bu günlərdə çox hörmət bəslədiyim müəllif N.N.Taleb-in “Skin in the game” kitabını oxuyurdum. Məhz bu kitabı oxuyarkən yadıma kitab seçimi mövzusu da düşdü deyə bu barədə bloq yazısı yazmağa qərar verdim. Continue reading “Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları”

IT şirkətlər: Konspirasiya və həqiqətlər

Qlobal səviyyədə xidmət göstərən, satış edən IT şirkətlər hər kəsin həyatına digər sferalardakı şirkətlərdən daha çox daxil olub desək, fikrimcə yanılmarıq.

Gündəlik həyatımızı Google, Facebook, Apple, Amazon, Microsoft kimi şirkətlərdən ən azı ikisi olmadan təsəvvür etmək yəqin ki, mümkün deyil.

Yeri gəlmişkən qeyd edim ki, Microsoftu çıxmaq şərtilə artıq ilk 4-lüyü artıq “Big four” adlandırırlar və onların birgə dünyada ən böyük qüvvəyə (həm də şər qüvvəyə) çevrildiyini iddia edirlər.

Yazının əsas məğzinə gələk: Bu şirkətlər həyatımıza bu qədər ifrat formada daxil olduğuna görə onlar haqqında müzakirələr, azarkeşliklər, şayiələr, konspirasiyalar da geniş yayılmışdır, bu təbii sosial təzahürdür. Continue reading “IT şirkətlər: Konspirasiya və həqiqətlər”

İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları

Mövzu barədə əslində toplanıb qalan fikirlərim çoxdur, sadəcə bəzi əsas məqamlara toxunum, ola bilsin gerisini də yazının ikinci seriyası olaraq yazacam.

Giriş və qısa icmal

Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq.

Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir.

Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz.

Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz .
Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, “facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et”, sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s.

Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur – yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim.

Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda.
Continue reading “İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları”

“Da”, “də” ayrı, yoxsa bitişik

Məlumdur ki, “da,də”-ni bitişik, yoxsa ayrı yazmağı internet istifadəçilərimizin(gənclərin də deyə bilərik) azı 70%-i bacarmır, bəlkə də daha çoxu.

Bir-bir oturub izah etmək ki, bu cümlədə bitişikdir, bu cümlədə ayrıdır – çətin məsələdir.
Yaxud ədat buna deyilir, şəkilçi ona, bağlayıcı buna – bu da çətindir. Öyrənsəydilər, məktəbdə öyrənərdilər.

Birdəfəlik öyrənə bilmələri üçün kiçik bir “hack” lazımdır. Continue reading ““Da”, “də” ayrı, yoxsa bitişik”

Zamana uyğunlaşdırılan bölmələr – WordPress üçün sadə kod həlli

Website Development prosesində qarşımıza zamana bağlı dinamik dəyişən sahələr çıxması normaldır. Yəqin ki, hər birimiz bununla zaman-zaman qarşılaşırıq. WordPress Plugin və ya theme develop edərkən bu tipli problemləri sadə yolla da həll etmək olar.
3 nümunə ilə əsas ehtiyaclara uyğun sadə həlləri təsvir etməyə çalışacam. (Nümunələr sadə olduğu üçün parametrləri administrativ sahəyə keçirmək haqqında nəsə yoxdur, sadəcə birbaşa işi görən kodlar var)

1. Gecə-gündüz bannerləri dəyişmək – İstifadəçilər gecə daxil olarkən hansısa verilmiş ərazidə bir banner, səhər isə başqa banner görə bilərlər.
2. Həftəsonu bölməsi – Hansı ki adi vaxtda verilmiş ərazidə normal bir bölmə olduğu halda, həftəsonu orada həftəsonuna özəl bir bölmə peyda ola bilər. Birinci gün başlayan kimi də itər.
3. Qeyd edilən tarix intervalında peyda olan bölmə. Məsələn mağaza veb saytı develop edirik, mağazada ayın 27-28-i kampaniya var. Deməli biz öncədən kodu elə schedule edə bilərik ki, kampaniya haqqında bölmə verilmiş tarixdə özü-özünə peyda olsun və sonra da lazımi vaxt bitəndə itsin. Yəni bunun üçün həmin vaxt aralıqlarında saytın kod hissəsində zamana bağlı editlər etməyə gərək olmur.

Beləliklə, nümunə 1 – gecə-gündüz banner əvəzetməsi nümunəsi:
Continue reading “Zamana uyğunlaşdırılan bölmələr – WordPress üçün sadə kod həlli”