Real nümunələrdə A/B testinq

Qeyd: Yazı “Milli Marketinq Forumu – 2016” tədbirinin “Digital Marketinq” panelindəki çıxışımın qısaldılmış təxmini mətnidir.

A/B testinq realizasiya baxımından texniki proses olsa da, marketinq araşdırmaları qrupuna daxil olan bir metoddur. Və digital marketinqdə çox geniş istifadə edilir.
Təbii ki, mövzunun texniki yox,  real praktik və faydalılıq tərəflərindən, gəlirlərə nə dərəcədə təsir edə biləcəyindən  bir qədər danışacam.

Continue reading “Real nümunələrdə A/B testinq”

Əziz Nesin – EHİSTAŞ

Boş piştaxta ilə bazara çıxan İT şirkətlərimizə həsr olunur 🙂

Qeyd 1: Bu hekayənin Azərbaycan dilində versiyasını sovet vaxtının köhnə bir kitabından oxumuşdum. O kitabı tapmaq imkanı olmadığı üçün hekayəni orijinaldan Azərbaycan dilinə özüm yenidən uyğunlaşdırmışam.

Qeyd 2: Kursiv ilə qeyd olunan terminlər tərcümə edilməyib. 

Hekayə

Əziz Nesin – EHİSTAŞ (Aziz Nesin – YEPETAŞ) Continue reading “Əziz Nesin – EHİSTAŞ”

İnternet üzərindən xarici bazara çıxış imkanları

Giriş – Ölkə xaricindən gəlir əldə etmək.

Dolların yerli valyuta önündə daha çox dəyər qazandığı bu günlərdə hər bir peşə sahibi üçün yəqin ki, dollar ilə gəlirinin olması perspektivi maraqlı olar. Yaxşı, bunun üçün hazırda hansı imkanlar və maneələr var? Hansı peşə yiyələri, hansı bacarıq sahibləri üçün bu imkan daha çoxdur?  Yəni nəzərdə tutduğumuz mövzu şirkət-istehsal-ixrac prosesi haqqında yox, tək fərdi şəxsin əməyinin nəticəsini ixrac edib pul qazanmaq imkanları mövzusudur. Bu haqda bir qədər danışacağam. Yazının məqsədi bu məsələdə ümumi imkanlara və problemlərə işıq salmaqdır. Continue reading “İnternet üzərindən xarici bazara çıxış imkanları”

WordPress – lokal host-dan serverə rahat köç

Məlum məsələdir ki, bir çox hallarda veb sayt tərtibatçısı veb saytı ilk öncə lokal host-da (kompüter daxilində yaradılan daxili server hostu) tərtib edir hazırlayır, hər şey bitəndən sonra saytın əsas serverə daşınmasını həyata keçirir. Bu ardıclııq WordPress veb saytlar üçün də keçərlidir.

O halda köç zamanı hansı dəyişikliklər lazım olur? Məlum məsələdir ki, veb saytda lokal hosta özəl bütün konfiqurasiya parametrləri real serverə aid parametrlər ilə əvəz edilməlidir. Bu işi görən pluginlər də var(açar söz: migrate), eyni zamanda verilənlər bazasında müvafiq dəyişikliklər etməklə bunu fərdi qaydada da etmək olur.  Fərdi qaydada veb saytı lokal hostdan real serverə daşıyarkən aşağıdakı ardıcıllıqla əməliyyatlar edilməlidir.

  1. Faylları ftp və ya digər vasitə ilə köçürmək.
  2. Verilənlər bazasını ixrac-idxal əməliyyatı ilə serverə köçürmək.
  3. Verilənlər bazası parametrlərini wp-config.php faylında dəyişmək.
  4. Veb saytın əsas ünvanını verilənlər bazasının wp_options mysql cədvəlində 2 yerdə dəyişmək.
  5. wp_posts cədvəlində post content, post guid və.s. kimi sütunları kütləvi redaktə etmək.(vacib olmayan addımdır)

İndi paylaşacağım çox kiçik bir texnika ilə yuxarıdakı 5 addımdan 4-nü ləğv etmək olar. Continue reading “WordPress – lokal host-dan serverə rahat köç”

WordPress – Avtomatik yenilənmədə problem olarsa

Bəzi hostinq və ya fərdi serverlərdə faylın mənsub olduğu istifadəçi ilə veb server istifadəçisinin fərqli olması və yaxud da sadəcə fayl icazəsinin məhdud olması səbəbindən WordPress sistem yenilənməsi avtomatik baş verə bilmir. Belə hallarda fərdi qaydada yeniləmə etmək əslində çox sadə metodla mümkündür. WordPress yenilənmə zamanı istifadəçiyə aid ərazidə heç bir dəyişiklik baş vermir, dəyişiklik yalnız nüvədə və idarəetmə fayllarında baş verir. Continue reading “WordPress – Avtomatik yenilənmədə problem olarsa”