Bu yazı əvvəlki yazımın davamı xarakterlidir. Yazıda bot dedikdə – proqram təminatı(chat, app, API və.s.), robot dedikdə isə fiziki olaraq bədəni-gövdəsi olan aparat nəzərdə tutulur.
Yeni nəsil süni-intellekt botlarının get-gedə yayılacağı və bu dəfə daha ciddi effekt verəcəyi artıq şübhə doğurmur.
Həm də əvvəlki nəsil, sırf texniki səviyyədə tətbiq edilə bilən müxtəlif model süni intellekt xidmətlərindən fərqli olaraq (onların aktuallığı əsla azalmayıb) LLM(Large Language Models) xidmətləri artıq heç bir texniki xidmət tələb etmədən insanların ixtiyarına verilir.
Continue reading “Əlimizdən alınacaq peşələr haqqında”