Mövzu barədə əslində toplanıb qalan fikirlərim çoxdur, sadəcə bəzi əsas məqamlara toxunum, ola bilsin gerisini də yazının ikinci seriyası olaraq yazacam. Giriş və qısa icmal Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq. Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir. Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz. Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz . Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, "facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et", sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s. Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur - yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim. Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda. Continue reading →
Əslində bu tip yazıları bədii mövzulara aid olan bloqumda yazıram, amma bu yazıda riyaziyyat, informasiya saxlanması və.s. sahələrə də toxunulur deyə bu bloqumda da yazıram. Keçən ayın sonunda oxuyub bitirdiyim bir əsər vardı, Haruki Murakaminin "Həqiqi möcüzələr diyarı və dünyanın sonu" (1985). Bu əsərdə bədii tərəfini bir kənara qoyaq, əsərdə informasiya qorunması, kriptoqrafiya, təhlükəsizlik, piratlıq və.s. barədə çox maraqlı epizodlar və bilgilər var. Bir dialoq isə diqqətimi xüsusilə çəkdi, əsəri bitirəndən sonra o dialoqa təkrar qayıdaraq üzərində bir qədər düşündüm, çünki mövzu diqqətimi çox çəkmişdi, sonda maraqlı şəxsi nəticələr çıxardım. İndi o dialoqu təxmini formada yazıram, mötərizələrdə isə şəxsi subyektiv nəticə-izahlarımı yazmışam. Diqqətlə oxuyub sonda hər kəs öz nəticələrini çıxara bilər. Dialoq informasiya təhlükəsizliyi professoru ilə eyni sahənin şifrələmə proseslərini aparan işçisi arasında, qaranlıq mağarada düşmənlərdən gizlənən bir vaxtda baş verir. (Söhbətin daha əvvəlində professor işçiyə deyir ki, sənin beynində olan filan[uzun söhbətdir] problemə görə cəmi 2 sutka ömrün qalıb, daha sonra koma kimi bir duruma düşəcəksən və yalnız şüurunda qurduğun bir aləmdə yaşayacaqsan, həmişəlik oranın sakini olacaqsan. Yeri gəlmişkən Inception filmində də yuxuda da olsa, buna bənzər məkanlar var) ... – Bəs mən nə vaxta qədər orada, həmin dünyada qalacağam? – Sonsuz olaraq. – Anlamadım, necə yəni sonsuz? Axı hər bir halda hansısa fiziki sərhədlər mövcuddur. Bədən də, beyin də ölümlüdür. Beyin isə öldükdə şüur da ölür, elə deyil? – Elə deyil. İnsanın düşüncəsi üçün zaman anlayışı mövcud deyil. Düşüncənin yuxudan əsas fərqi də budur. Düşüncə bir andaca bütün dünyanı özündə ehtiva edə bilər. Hətta sonsuz ömrü də fikrindən keçirə bilərsən.  Qapalı dairədə sonsuz dövrlər vura bilərsən. Elə bu səbəbdən də o düşüncə,fikir adlanır. Həm də o, yuxu kimi qəfil kəsilmir. İnsan düşüncəsi sonsuzluğu özündə ehtiva edə bilər, eynən   böyük ensiklopediyanın kiçik diş çöpündə yazıla bilməsi kimi. – Nə? Diş çöpündə ensiklopediya? Continue reading →