Bugünkü yazıda Amazon şirkətinin özünə məxsus planşet və smartfonlar üçün hazırladığı Fire OS sistemi haqqında qısa icmal yazıram.
Fire OS Android əməliyyat sisteminin nüvəsi üzərində qurulan bir sistemdir. Android üzərində qurulan Color OS, Cyanogen MOD,Yandex.Kit, Nokia Android version və.s. sistemlərdən fərqli olaraq burada mərkəzdənqaçma xeyli dərəcədə daha çox baş verib. Belə ki, Amazon AOSP(Android Open Source Project) kodlarını götürüb ora Google Play Services əvəzinə öz ekosistemini inteqrasiya etməklə yetinməyib sistemin bütün görünən tərəfini tamamilə yenidən yazıb. Həm də dəyişiklik təkcə launcher səviyyədə dizayn fərqi yox, tamamilə kökündən alternativ bir UI(user interface) həllidir.
Məhz tam fərqli realizasiya Fire OS-i maraqlı edən xüsusiyyətlərdən biridir.
Bir neçə şəkil paylaşıram.(Device: Kindle Fire 6 tableti)

1. Lock screen – Amazon e-kitab cihazlarında olduğu kimi burada da lock screenləri maraqlı edib, müxtəlif əlvan reklamlarla həm yeknəsəkliyə imkan vermir, həm reklamını edir.
JfMH3TgrfNA3hOuIvn2uJVdGWDEAyQUk-JGhY30d47kE0Xnc3

2. Əsas iş ekranı. Tipik android sistemlərdə bildiyimiz kimi əsas iş ekranı horizontal slide-a malik bir neçə səhifədən ibarətdir, hansılara ki, nə istəsək yığa bilirik. Bu tip ekranlardan yorulanlar üçün Fire OS əsas iş ekranı çox macəralı görünür.

0GDKKfxIoPkJlDGt2wzX1POxJhOHCwVOImNoKKYvu4oLAYspNƏsas iş ekranı bircə səhnədən ibarətdir, ortada isə fırlanan karusel var, hansı ki, son istifadə edilən proqramlar ardıcıllıqla oraya düzülür. alt hissədə isə daimi yapışan app keçidləri var. 4-16 app yerləşə bilir alt hissəyə.

Orta karuselə təkcə son istifadə edilən app-lar yox, həmçinin dinlənilən audiokitab, musiqi, baxılan filmlər də düşə bilir:

Iie6rzkBIgwPAmBgu8Za6TPBAg4he_kLxC1DaCd81l8LAYspN

Karuseldə orta hissədə app/musiqi/film və.s. olduqda alt hissədə onlara uyğun digər məhsullar nümayiş etdirilir. Bu da Amazonun hər şeydən əvvəl ticarətçi olduğunu bir daha göstərir. Hər bir fürsətdə sistemə satılan məhsulların reklamı inteqrasiya edilib. Və bunu elə ediblər ki, potensial müştəri bu reklamlardan qətiyyən incimir, əksinə onları faydalı ola biləcək informasiya kimi qəbul edir.

Reklamdan söz düşmüşkən Amazon ekosistemi Fire cihazlarına çox güclü şəkildə inteqrasiya edilib. Bir tablet/smartfon istifadəçisinin ala biləcəyi bütün virtual və fiziki məhsullar Amazonda satılır. Google və Apple-da store-a keçib proqram/musiqi/film almaq mümkündürsə, Amazon App Store-da adı çəkilənlərlə yanaşı ərzaq məhsulu, elektronika, audio kitab, elektron kitab, çap kitab bir sözlə satıla bilən bütün məhsulları əldə etmək mümkündür. Heç bir sayta daxil olmadan, heç bir ödəniş məlumatları daxil etmədən. Hər şey Amazonun öz sistemi daxilində baş verir, bu sisstem də Fire OS-a tam hopdurulub.

3. Amazonun və sahibinin öz məhsulları olan IMDB, Goodreads, Washington Post layihələrinin Fire üçün olan xüsusi versiyaları da mövcuddur.

Goodreads:

M787ElgiY-eDM1PgGQn6ONJ61rVpsFKPFDhilVCthPQLAYspN

 

Washington Post:

hhncf4Qmbi5jOaTagu74WnA-4on81a-YFRnuUVsBSbYLAYspN

4. App Store – Tabletin/smartfonun demək olar ki, ən vacib bölməsi olan App Store bu cihazlarda yuxarıda da dediyim kimi Amazonun özünə məxsusdur və daxilində proqramlar, audiokitablar, elektron kitablar, musiqilər, filmlər(son iki məhsullar hələ ki, Azərbaycan ərazisinə satılmır) satılır və ya pulsuz təqdim edilir. Əksər vacib proqramlar bu mağazada mövcud olsa da bəzi çox vacib app-lar mövcud deyil(əsasən Google Apps – Gmail, Youtube, G+, Keep və.s. Amma veb versiyaları təbii ki işləyir)

4zMBKRMpx2NFA_cLItwmMwfpdkRbHWQmVBTqCHgiKGULAYspN

 

Quraşdırılmış proqramlar həm də Amazon Cloudda yadda saxlanılır. Əgər tableti reset etsək, və ya yenisini alsaq, clouddan bərpa çox asan mümkündür. Google Play Store-da da bu işi görən backup/restore məntiqi olsa da, bu dərəcədə rahat effektiv deyil və heç də tam işləmir(yeni cihaza keçəndə Google bir çox proqramları yenidən quraşdırmağı “unudur”).

App Store-dan daha bir şəkil

vvSWfgLQJQ2M4dizSq5l97fGppwyaXZ3gwUs01ANOFcLAYspN

5. Menyu və ayarlar – Burada da asanlıq və minimalizmə üstünlük verilib, daha anlaşılan daha asandır.

ZLLfFnhaCN_sqFMVSO2U72pkw4l6wTgIQ75fSYCdd38LAYspN

6. Aparat keyfiyyəti – Aparat keyfiyyəti Amazonda bir qayda olaraq yüksək səviyyədə olur, istər xarici hissələrin möhkəmliyi və görünüşü, istər daxili aparat təminatının(prosessor, nüvə, kamera və.s.) yüksək performansı hər zaman seçilir.

Amazon-Fire-HD-Kids-Edition-620x348

7. Qiymət – Çox münasibdir, digər rəqiblərinə baxanda xüsusilə münasibdir. Yalnız Fire Phone istisnadır, kampaniya olanda 199$-a yəni çox münasib qiymətə olsa da kampaniya olmayanda 450$-a yaxın qiymətə malik olur. Tabletlər isə çox ucuzdur, Kindle Fire 6 cəmi 99$-adır.

 

8. Bəs mənfi cəhətlər? Var, çox olmasa da ciddi mənfilər var.

Mənfi 1: Multitasking praktiki olaraq yoxdur. Bir app-dan digərinə keçid home-a qayıtmaqla karuseldən mümkündür, amma bu zaman keçid olunan proqramın son durumunda qalması və ya yenidən start götürməsi sual altında olur.(son istifadədən bir qədər çox zaman keçəndə proqram bağlanır)

Mənfi 2: Musiqi, film servislərinin Azərbaycanda işləməməsi. Bu isə Appstore, PlayStore-da da olan şeydir, və müəlluf hüquqları ilə bağlıdır.

Mənfi 3: Yuxarıda da yazmışdım, ayrıca yazım: Google proqramlarının olmaması. Google vaz keçilməz şirkətə çevrildiyindən onun proqramları olmayan ekosistemlər çox kasıb görünürlər.

Mənfi 4: Lock screendə giriş edə bilməyən, 5 ya 10 yanlış cəhd edən istifadəçi və ya bəd niyyətli başqa biri elrana çıxan reset təklifi ilə cihazın bütün məlumatlarını silmə hüququna malikdir. Bu qəribə qüsuru Amazonda hansı məntiqlə ediblər anlaşılmır. Adi Androidlərdə bu imkan boot menyuda gizlənib deyə ora keçid etmək uzun işdir. Və parolu heç cür bərpa edə bilməyən cihaz yiyələri istifadə edə bilər bundan. Fire OS-da isə cihaz balaca uşağın əlinə keçdisə 50% ehtimalla hər şey silinə bilər. Yəqin ki növbəti versiyalarda bu qüsur aradan qalxacaq, hərçənd 3 ildir ki. var və yaşayır.

 

Yekun: Macəra, Android və İOS-dan yorulub fərqli ekosistem axtaranlar üçün Fire ailəsinin cihazları əla seçimdir. Amma neytral olaraq müqayisə etdikdə Fire ekosistemi hələ ki Play Store-a uduzur və müqayisədə üstünlük sözsüz ki, Google-un tərəfindədir. İstər istifadə rahatlığı baxımından, istərsə də seçim imkanı zənginliyi baxımından.

2 thoughts on “Fire OS – Alternativ mobil əməliyyat sistemi

  1. Təşəkkürlər paylaşım üçün. Maraqlıdır ama android olan yerdə belə sistemləri developerlardan başqa heçkim istifadə etməz zənnimcə 🙂 vəya çox çox az adam istifadə edər. Developerlar da ki, test etmək üçün ancaq 🙂

    Reply
    • İlk baxışdan elədir 🙂 Amma bəzi məsələlər var:
      1. Fire OS da Android branch olduğuna görə Android app-larla uyumludur, ona görə də lap çox da yad sayılmaz istifadəçilərə. Yəni keçmək istəyən elə də çətinlik çəkməz.
      2. US, Kanadada Amazon ekosistemi hədsiz populyardır, Amazonun bütün xidmətlərini özündə birləşdirən bir device istifadəçilərə maraqlı gəlir, ona görə də adıçəkilən ölkələrdə Fire satışı kifayət qədər yaxşıdır.

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required