Tez-tez dost-tanışlardan smartfon seçimi ilə bağlı suallar eşidirəm deyə, qərara gəldim ki, hazırki smartfon bazarındakı ümumi vəziyyət haqda bir bloq post yazım. Alarkən nəyə fikir veririk, nəyə vermirik, nəyə verməliyik bunları punktlar ilə qeyd edim.
Continue reading “Müasir smartfonlarda əsas trendlər və seçim meyarlarımız”Məsləhətli podcast kanalları
Bir neçə ay öncə Podcast və Audio kitablar barədə yazdığım bloq yazısında bu iki səsli materialın bizə necə faydalı ola biləcəyindən bəhs etmişdim.
İstənilən məşğulluqda olan adam gündəlik qrafikinə podcast və ya audio kitab dinləməyi daxil edə bilər. Məsələn yolda, metroda, avtomobildə və.s. olarkən.
Bugünkü yazımda isə öz məsləhət bildiyim bir neçə podcastı sizinlə paylaşıram.
Paylaşmadan öncə də “Podcast-ları harada dinləyə bilərik ki?” sualına da cavab yazım ki, qaranlıq məqam qalmasın.
Android – Spreaker, yaxud Google Podcasts kimi app-lardan birində. (Spreaker daha çoximkanlıdır, Google Podcasts isə daha yaxşı kəşfetmə, məsələhətli kanallar təklif etmə özəlliyinə sahibdir)
IOS – iPhone-larda hazır qurulu olan Apple Podcasts. Yaxud da hər hansı digər populyar app-da, məsələn The Podcast App
App-lardan birini qurduqdan sonra sıra gəlir məsləhətli bir neçə kanal əlavə etməyə. Sonra artıq proqramlar özləri də sizə Explore və ya Discover bölməsi ilə yeni-yeni kanallar məsləhət görəcəklər.
Continue reading “Məsləhətli podcast kanalları”Musiqi, yoxsa audiokitab, yoxsa podcast?
Bu yaxınlarda bir tanışın tvitində smartfonlar barədə danışarkən “smartfonda musiqi, audiokitab, podcast dinləmədən necə yaşamaq olar?” tipli yarı-zarafat tvitini görmüşdüm.
Bu mənə çoxdandır yazmaq istədiyim bir mövzunu xatırlatdı, elə ona görə də bir az bu barədə danışım, ümid edirəm ki, faydalı olar.
İlk öncə “smartfon və qulaqcıq istifadə etməklə insanlar … dinləyirlər?” suallarına cavab verək. Continue reading “Musiqi, yoxsa audiokitab, yoxsa podcast?”
Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları
Yazım qeyri-bədii kitabların seçim və oxunması prosesi haqqındadır.
Daha dəqiqi, hansı kitabları oxumaq, hansı kitabları oxumamamaq lazım olduğu haqqında.
Bir nisbi təcrübəli oxucu olaraq.
Son 10 illik kitab seçimim, ələkdən keçirmə proseslərinin təkamülünün nəticəsi haqda uzun uzadı danışmaq olar.
Məsələn, kitabın adı, müəllifin bioqrafiyası, kitabın kiçik təsvirdəki iddiası və.s. ilkin informasiyalardan yola çıxaraq “bunu oxumağa dəyərmi” nəticəsi çıxarmaq.
Bu gün bu mövzuda ən vacib məqamlardan biri haqqında – müəllifin şəxsi fəaliyyəti və kitabın mövzusuna baxaraq keyfiyyət haqqında qərar vermək – haqqında qısaca yazıram.
Bu günlərdə çox hörmət bəslədiyim müəllif N.N.Taleb-in “Skin in the game” kitabını oxuyurdum. Məhz bu kitabı oxuyarkən yadıma kitab seçimi mövzusu da düşdü deyə bu barədə bloq yazısı yazmağa qərar verdim. Continue reading “Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları”
İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları
Mövzu barədə əslində toplanıb qalan fikirlərim çoxdur, sadəcə bəzi əsas məqamlara toxunum, ola bilsin gerisini də yazının ikinci seriyası olaraq yazacam.
Giriş və qısa icmal
Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq.
Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir.
Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz.
Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz .
Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, “facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et”, sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s.
Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur – yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim.
Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda.
Continue reading “İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları”