Google Chrome brauzerinin performans cəhətdən ən sürətli brauzer olması heç kimə sirr deyil. Amma Webkit motoru üzərində qurulmuş bu brauzerin digər brauzerlərdən önəmli fərqlərindən biri də, hər TAB rejiminin Əməliyyat Sisteminin proseslər panelində ayrıca proses kimi olmasıdır. Yəni digər brauzerlərdə bütün brauzer yaddaşda N MB yer tutursa, Chrome-da hər tab A MB həcmdə, cəmi kifayət qədər iri olan yer tutur. Ona görə də Chrome ilə iş zamanı resursdan istifadə digər brauzerlərdən xeyli çox olur. Məsələn mən az öncə 12-15 tab-ı açıq olan Chrome-da task manager-dən baxdım, 1.5 GB resurs yeyildiyini gördüm. Əsas resursları da işlətmədiyim, uzun müddətdir passiv qalan tab-lar yeyirdi. Bu kifayət qədər pis göstəricidir,  kompüter resursunun az qala yarısını tutur.

monitor-google-chrome-memory

Background rejimdə hansısa fəaliyyətini davam etdirən tab, daxilində flash obyekt olan tab,  informasiya həcmi iri olan tab Chrome-da çox resurs yeyir. Bundan qurtulmağın primitiv yolu təbii ki, lazım olmayan tab-ları bağlamaqdır. Amma bu effektiv həll deyil. Çünki bəzi tab-lar var ki, onları hazırda işlətməsək də əl altında olması baxımdan daim açıq tutmaq gərək olur(Məndə Evernote app, Gmail, Google+, Feedly app bu qəbildən tab-lardır)

Ona görə də effektiv həll üçün 3-cü tərəf həllərə baş vuraq. Mən axtarışlardan sonra cəmi 2-sini sinamışdım və sonra 1-nin üstündə dayanmışdım və hazırda onu işlədirəm.

1. Sınadığım amma işlətmədiyim – Tabmemfree

Bu extension 15 dəqiqədən(dəyişmək də olur) artıq açmadığınız tabları avtomatik yuxuya verir. Və onların RAM-dan istifadəsi dayanır. Yuxuya vermə prinsipi sadə formada aparılır. Səhifələr yönləndirilir boş bir səhifəyə, ona görə resurs yemir, siz tab-ı açan kimi dərhal geri dönüş baş verir və tab əvvəl hansı URL-də qalmışdısa ordan da davam edir. Mənfi cəhət budur ki, bu bütün tab-lara şamil edilir, 1-2 istisna etmək imkanı yoxdur(məsələn Gmail kimi tab-lar yuxuya getməməlidir, çünki hər an vacib mail gələ bilər). İstisna imkanı PİN olunmuş tab-larçün təklif edilir. Amma yuxuya getməməsini istədiyimiz tab-ı mütləq pin etmək məcburiyyəti xoş deyil.

2. Hazırda işlətdiyim – The Great Suspender

Bu extension avtomatik yuxuya vermə xüsusiyyətinə malik deyil. Hər bir tab əllə yuxuya verilir və RAM-dan istifadəsi kəsilir. İstənilən an da harda qalmışdıqsa oradan davam etmək olur. Bu extensionun 1-cidən üstünlüyü də budur, nəyi istəyirik yuxuya veririk, nəyi istəmirik vermirik.  Mənfi cəhəti də budur ki, avtomatik yuxuya vermə funksiyası yoxdur. Avtomatik yuxuya vermə funksiyası da var. White list imkanı da var. Yəni məsələn gmail, youtube və 1-2 başqa saytı whitelist-ə əlavə edib digər bütüb tab-lar üçün avtomatik suspend aktivləşdirmək olar. Bu halda bizə lazım olan effektiv həll alınmış olur.

Screenshot from 2013-03-28 11:51:40

Güman edirəm ki, daha yaxşı extensionlar var, mən heç də çox araşdırmamışam. Bu haqda istifadə təcrübəsi olanlar və sualı olan oxucular şərh bölməsində fikirlərini yaza bilərlər.

4 thoughts on “Google Chrome və RAM problemi

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required